AFFA-nın əməkdaşı UEFA tərəfindən yeni təyinat alıb
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.

O, UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” – “Monako” oyununda UEFA matç direktoru qismində çalışacaq.

Matç oktyabrın 13-də Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi” stadionunda oynanılacaq.

Xəbər 193 dəfə oxundu.