Veteran futbolçular ahıllarla görüşüblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində Ahıllar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə veteran futbolçular Maşallah Əhmədov, Asim Xudiyev, Rafiq Mirzəyev, Şahin Diniyev və Asif Əliyev iştirak ediblər.

Görüş zamanı veteran futbolçular karyeraları ərzində qarşılaşdıqları maraqlı əhvalatlar barədə danışıb, keçmiş günləri xatırlayıb, görüş iştirakçılarına öz bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Xəbər 201 dəfə oxundu.