Azərbaycan millisinin Polşa və Yunanıstan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb | |
Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda Polşa, 4 gün sonra səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb. Oktyabrın 9-dək Bakıda, oktyabrın 10-dan 12-dək Afinada hazırlıq prosesi keçirəcək millimizin heyətinə 15 oyunçu dəvət olunub. Heyətdə Rövşən Hüseynli (“Araz-Naxçıvan”), Emin Kürdov (“Neftçi”), Cavad Məmmədov, Felipinyo, Xəzər Ağalızadə (hər üçü “Araz-Naxçıvan”), Amir Shojaei, Hadi Ahmadi (hər ikisi “Bayterek”, Qazaxıstan), Amadeu (“Marreko”, Braziliya), Rafael Vilela (“Kayrat”, Qazaxıstan), Everton Cardoso (“Bintang Timur”, İndoneziya), Oktay Rüstəmli (“Araz-Naxçıvan”), FineoDe Araujo, Tyaqo Bolinha (hər ikisi “Sportinq Paris”, Fransa), Fərid Ələkbərov (“Araz-Naxçıvan”) və Poletto Fabio Joze (“Active Network”, İtaliya) yer alıblar. Braziliyanın “Marreko” klubunun üzvü Amadeu oktyabrın 4-də, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Amir Shojaei və Hadi Ahmadi isə oktyabrın 5-də milliyə qoşulacaqlar. |
|
Xəbər 191 dəfə oxundu. |
|
|