“Monako” klubu müdafiəçisi Gilyermo Maripanla müqaviləni yeniləyib
Fransanın “Monako” klubu müdafiəçisi Gilyermo Maripanla müqaviləni yeniləyib.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Çilili mərkəz müdafiəçisi ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub. İyirmi səkkiz yaşlı futbolçunun əvvəlki sözləşməsi 2024-cü ilin yayınadək idi.

Futbolçu 2019-cu ildən formasını geyindiyi “Monako”da 100 rəsmi matça çıxıb, 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Çili millisində 38 matça keçirilən müdafiəçi 2 qol vurub.

Xəbər 189 dəfə oxundu.