“Qarabağ”ın müdafiəçisi Kevin Medina zədəsini sağaldıb
Ağdamın “Qarabağ” klubu vacib oyun ərəfəsində Kevin Medinadan xoş xəbər alıb.

Kolumbiyalı futbolçunun zədəsi tam sağalıb.

Medinanın bu gün oynayıb-oynamaması baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq. Digər zədəli müdafiəçilər – Maksim Medvedev və Rahil Məmmədovun durumu isə qeyri-müəyyəndir.

Bu gün “Azersun Arena”da Azərbaycan Premyer Liqasının səkkizinci turu çərçivəsində keçiriləcək “Qarabağ”–“Neftçi” oyunu saat 18:00-da start götürəcək.

Xəbər 191 dəfə oxundu.