“Qalatasaray”ın sabiq futbolçusu Arda Turan üçün vida oyunu keçiriləcək
Karyerasını başa vuran “Qalatasaray”ın sabiq futbolçusu Arda Turan üçün vida oyunu keçiriləcək.

Bunu İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Vida oyununun keçirilmə vaxtı hələ məlum deyil.

Qeyd edək ki, A.Turan karyerasını 35 yaşında başa vurub. O, “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “İstanbul Başakşehir”də çıxış edib. Ardanın sonuncu klubu (2020-2022-ci illər) yetirməsi olduğu “Qalatasaray” olub. O, 2006-2017-ci illərdə Türkiyə millisində 100 oyunda meydana çıxıb, 17 qol vurub.


Xəbər 199 dəfə oxundu.