Yunanıstan–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib
Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 11-də Afinada keçiriləcək Yunanıstan–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

UEFA oyunu İsveçdən olan hakimlər briqadasına tapşırıb.

Teodoros-Putos idman zalında keçiriləcək oyunun hakimləri Ademir Avdic, David Qlavonjiç və George Jansizian olacaqlar. Matçın hakim-inspektor funksiyasını Vilvo Borosak (Sloveniya) yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi isə Artur Admiral (Niderland) olacaq.

Xəbər 199 dəfə oxundu.