UEFA “Qarabağ”ın rəqibi olan “Olimpiakos”u cəzalandırıb
Avropa Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan Yunanıstanın “Olimpiakos” komandası UEFA tərəfindən cəzalandırılıb.

Buna səbəb Yunanıstan klubunun azarkeşlərinin 2-ci turda “Frayburq”la ev oyununda pirotexniki vasitələrdən istifadə etməsidir.

Komandanın növbəti turda “Qarabağ”la qarşılaşmada azarkeş məhdudiyyəti olacaq. Stadionun şimal tribunası qismən bağlanacaq. Həmçinin, Pirey təmsilçisi 50 min avro məbləğində cərimələnib

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da keçiriləcək.

Xəbər 273 dəfə oxundu.