IV Dünya Köçəri Oyunlarında iştirak edəcək Azərbaycanın nümayəndə heyəti Türkiyəyə yola düşüb
IV Dünya Köçəri Oyunlarında iştirak edəcək Azərbaycanın nümayəndə heyəti Türkiyənin Bursa vilayətinin İznik bölgəsinə yola düşüb.

Təmsilçilərimiz mötəbər yarışda milli idmanın 12 növündə alış güləşi (2 növdə), kəmər güləşi, mas-restlinq, koreş, aşırtmalı aba güləşi, kapışmalı aba güləşi, pəhləvan güləşi, milli oxatma, yağlı güləş, kuraş, Qazax güləşində təmsil olunacaqlar. Oyunlar oktyabrın 3-dək davam edəcək.

Qeyd edək ki, Dünya Köçəri Oyunları 2014-cü ildən keçirilir.

Xəbər 216 dəfə oxundu.