“Qarabağ” klubu “Sabah”ın futbolçusu ilə maraqlanır
Bakının “Sabah” klubunun yaxınlarda “Şaxtyor”dan ikinci dəfə icarəyə götürdüyü Aleksey Kaşuk Ağdamın “Qarabağ” komandasının transfer siyahısına düşüb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ukraynalı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Hətta “Qarabağ”ın nümayəndələri Donetsk təmsilçisi ilə əlaqə saxlayıb, 22 yaşlı futbolçunun transfer qiymətini araşdırıblar. “Şaxtyor” A.Kaşuku satmaq istəməsə də, “Qarabağ”ın transferdə israr edəcəyi gözlənilir.

Xəbər 198 dəfə oxundu.