Cüdo məşqçiləri üçün "Stresin idarə olunması" mövzusunda təlim keçirilib
Azərbaycan Cüdo Federasiyası (ACF) milli komandaların məşqçiləri üçün "Stresin idarə olunması" mövzusunda təlim təşkil edilib.

Təlim peşəkar psixoloqlar Orxan Oruc və Zümrüd Əkbərova tərəfindən keçirilib. Seminar müddətində idman yarışlarında psixoloji hazırlığın vacibliyi haqqında ətraflı məlumat verilib, məşqçilərin idmançıların psixi sağlamlıqlarına, yarışdan əvvəl və yarışdan sonra psixoloji vəziyyətinin yaxşılaşdırılmasına təsir imkanları müzakirə edilib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.

Təlimin əsas məqsədi beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançıların psixoloji hazırlıq səviyyəsinin artırılması üçün məşqçilərin bilik və bacarıqlarının yüksəldilməsi və bu istiqamətdə gələcək fəaliyyətlərin müəyyənləşdirilməsindən ibarət olub.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə gələcəkdə də məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.

Xəbər 218 dəfə oxundu.