Gənclər və idman naziri nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb
Sentyabrın 26-da gənclər və idman naziri Fərid Qayıbov son vaxtlar qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb. Əvvəlcə Azərbaycanın ərazi bütovlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə idmançıları salamlayan Fərid Qaybov onları qazandıqları nailiyyətlər münasibətilə təbrik etdib. Bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb. Bunun da əsas səbəbi idmançılarımızın beynəxlalq yarışlarda qazandıqları qələbələrin sayının günbəgün artmasıdır.

Atcılıq, bədii gimnastika, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, kəmər güləşi, aba güləşi, sambo, para-badminton, stronqmen və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.
Tədbirdə nazir Fərid Qayıbov "İdman ustası" adına layiq görülmüş futbol üzrə Azərbaycan milli komandasının üzvü, “Qarabağ” FK-nın kapitanı Maksim Medvedevə müvafiq vəsiqə və döş nişanını təqdim edib.

Xəbər 2598 dəfə oxundu.