Macarıstan yığmasının hücumçusu Adam Salai millidəki karyerasını başa vurub
“Bazel”in hücumçusu Adam Salai Macarıstan millisindəki karyerasını başa vurub.

O, yığmada keçirdiyi son oyunundan sonra fikirlərini bildirib: “Hələ də inana bilmirəm ki, bu, milli komandadakı son oyunumdur. Bütün diqqətimi 90 dəqiqəyə yönəltməyə çalışdım. Yaxşı nəticə qazanmaq üçün şanslarımızın olduğunu bilsək də, əla fürsəti əldən verdik”.

Macarıstan millisi UEFA Millətlər Liqasındakı son oyunda İtaliyaya 0:2 hesabı ilə uduzub. Bu qələbə ilə İtaliya millisi Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Macarıstan isə A liqasındakı yerini qoruyub və üçüncü qrupun turnir cədvəlində ikinci yeri tutub.

Hücumçu 2009-cu ildən formasını geyindiyi Macarıstan yığmasında 86 oyun keçirib, 26 qola imza atıb.

Xəbər 207 dəfə oxundu.