“Qarabağ”ın futbolçuları Monteneqro yığmasında növbəti oyunlarına çıxıblar
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasında növbəti oyunlarına çıxıblar.

Onlar UEFA Millətlər Liqasının B Liqasının 3-cü qrupunun 6-cı turunda evdə Finlandiyaya 0:2 hesabı ilə uduzduqları görüşdə meydana çıxıblar. Hər iki oyunçu start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Monteneqro millisi 7 xalla qrupda üçüncü, Finlandiya isə 8 xalla ikinci olub.

Xəbər 219 dəfə oxundu.