Peşəkar boksçumuz Seymur İsayev UBO-nun dünya kəmərini qazanan ilk azərbaycanlı olub
Şağan Olimpiya İdman Kompleksində peşəkar boks gecəsi keçirilib.

Gecədə 14 boksçu müxtəlif çəki dərəcələrində öz güclərini sınayıb.

Gecənin əsas döyüşü Seymur İsayev və pakistanlı Muhammad Bilal arasında UBO-nun (Universal Boxing Organization) yüngül çəki üzrə dünya kəməri uğrunda keçirilib. Boksçumuz rəqibinə texniki nokautla qalıb gəlib. Rəqib 6-cı raunda çıxmaqdan imtina edib və S.İsayev qələbə qazanaraq UBO-nun dünya kəmərini qazanan ilk azərbaycanlı olub.

Digər görüşlərdə isə Cabbar İsmayılov (79 kq), Taryel Cəfərov (91 kq), Rəhim Əliyev (79 kq), Eldar Babayev (79 kq), Sürət Qarayev (91 kq) və Nihat Abdullayev (57 kq) qələbə qazanıblar.

Xəbər 259 dəfə oxundu.