Karateçilərimiz Karate1 Seriya A turnirini 3 medalla başa vurublar
Karateçilərimiz Türkiyənin Kocaeli şəhərində Karate1 Seriya A turnirini 3 medalla başa vurublar.

Mükafatların biri qızıl, ikisi isə bürüncdür.

Millimizin üzvlərindən Fidan Teymurova (50 kq, “Qara Qaplan” klubu) yarışın qalibi olub. Belçika, Misir, Türkiyə, İran və Əlcəzair karateçilərinə qalib gələn F.Teymurova həlledici görüşdə Xorvtiya təmsilçisini məğlub edərək parlaq qələbə qazanıb.

Mədinə Sadiqova (55 kq) və Nuran Rzazadə (67 kq, hər ikisi “Qara Qaplan”) isə Dünya Karate Federasiyasının (WKF) mötəbər turnirini üçüncü pillədə başa vurublar.

Beynəlxalq hakimlərimizdən Şahin Xudaverdiyev, Akif Kərimov, Rənad Əliyev, Mehman Mədətov və Mayis Mədətov yarışı idarə edən həmkarlar arasında olublar.

Karate1 Seriya A turnirində 75 ölkədən 1078 idmançı mübarizə aparıb. WKF-in Karate1 seriyasından mövsümün sonuncu turniri noyabrın 18-dən 20-dək İndoneziyanın paytaxtı Cakartada keçiriləcək.

Xəbər 357 dəfə oxundu.