“Qarabağ”ın UEFA Avropa Liqasının qrupundakı rəqibi “Nant” heyətini yeni futbolçu ilə gücləndirib
Ağdamın “Qarabağ” komandasının UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Fransanın “Nant” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Liqa 1 təmsilçisi “Mets” komandasından Fabyen Santonzu transfer edib.

İyirmi altı yaşlı müdafiəçi ilə beşillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin ikinci turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında beşinci tur oyunu oktyabrın 27-də Fransada olacaq.

Xəbər 195 dəfə oxundu.