“Valensiya” klubu gürcüstanlı qapıçısı Georgi Mamardaşvili ilə müqaviləni yeniləyib
İspaniyanın “Valensiya” klubu Gürcüstandan olan qapıçısı Georgi Mamardaşvili ilə müqaviləni yeniləyib.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İyirmi bir yaşlı qolkiperlə 2027-ci ilin iyununadək yeni müqavilə imzalanıb. Mamardaşvili “Valensiya”ya ilk dəfə 2021-ci ilin iyulunda icarə əsasında qoşulub. Ötən ilin sonunda isə İspaniya klubu futbolçunun müqavilə ilə məxsus olduğu Tbilisi “Dinamo”suna 850 min avro ödəməklə onun transfer hüquqlarını da alıb. Gənc qolkiper artıq İspaniya klubunun əsas komandasında 27 oyun keçirib.

Qapıçı ötən ildən dəvət aldığı Gürcüstanın əsas milli komandasında da 3 rəsmi matça çıxıb.

Xəbər 199 dəfə oxundu.