“Shusha Chess-2022”: İkinci turda ilk gedişləri Azərbaycan və Türkiyə Şahmat federasiyalarının prezidentləri ediblər
Şuşada ilk beynəlxalq şahmat turnirində ikinci yarış günü davam edir.

ikinci turda kişilərin yarışında ilk gedişi Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbəri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, qadınların mübarizəsində isə Türkiyə Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Gülkız Tulay ediblər.

İlk gedişdən sonra AŞF adından G.Tulaya xatirə hədiyyəsi təqdim olunub.

Bu gün rapid yarışında 4 tur oynanılacaq.

“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.

Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.

Xəbər 205 dəfə oxundu.