UEFA “Qarabağ”ın futbolçusu Marko Yankoviçin “Nant” komandasına vurduğu qolu fərqləndirib
UEFA “Qarabağ”ın futbolçusu Marko Yankoviçin Avropa Liqasının G qrupunun ikinci tur oyununda Fransanın “Nant” komandasına vurduğu qolu fərqləndirib.

Bununla bağlı turnirin sosial şəbəkə hesablarında paylaşım edilib. Monteneqrolu yarımmüdafiəçinin fərqləndiyi epizodun paylaşıldığı videonun üzərində bu sözlər yazılıb: “Marko Yankoviç tərəfindən güc və dəqiqlik”.

Qeyd edək ki, “Qarabağ” Bakıda “Nant”a 3:0 hesabı ilə qalib gəlib. Futbolçu matçda sonuncu qolun müəllifi olub.

Xəbər 187 dəfə oxundu.