Sabah qızlardan ibarət stolüstü tennis üzrə millimiz beynəlxalq turnirdə mübarizəyə başlayacaq
Tbilisidə yeniyetmə stolüstü tennisçilərin “Wtt Youth Contender” turniri davam edir.

Sentyabrın 23-də qızlar mübarizəyə başlayacaqlar.

Məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərlik etdiyi seçmə komandamız bu gün qonşu ölkəyə yola düşüb.

Sentyabrın 23-dən 25-dək davam edəcək turnirdə Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaqlar.

Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılov və Xəyalə Qiyasova isə turnirin oyunlarını idarə edəcəklər.

Qeyd edək ki, oğlanların mübarizəsində Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutublar.

Xəbər 321 dəfə oxundu.