Stolüstü tennisçimiz beynəlxalq turnirdə üçüncü yeri tutub
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turniri davam edir. İdmançılarımız bu gün iki yaş qrupunda mübarizə aparıblar.

11 yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə yarışı üçüncü pillədə başa vurub. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn idmançı dörddəbir final səddini də adlasa da, yarımfinalda uduzaraq üçüncü yerlə kifayətlənib.

On beş yaşadək tennisçilərin turnirində qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə də, bu gün mükafatlar uğrunda yarışacaq.

Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov onaltıdabir finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları qatılıblar.

Xəbər 243 dəfə oxundu.