Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığmasına məğlub olub
Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışını başa vuran futzal üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.

Yoldaşlıq oyunu 6:5 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin heyətində Vilela (3), Baton və Emin Kürdov fərqləniblər.

Xatırladaq ki, komandalar arasında sentyabrın 19-da keçirilmiş ilk oyun 5:3 hesabı ilə Qazaxıstan yığmasının xeyrinə nəticələnib.

Xəbər 300 dəfə oxundu.