Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə inamla irəliləyirlər
Tbilisidə stolüstü tennis üzrə “WTT Youth Contender” turniri davam edir.

Sentyabrın 20-də idmançılarımız daha iki yaş qrupunda mübarizəyə qatılıblar.

On beş yaşadək tennisçilərin turnirində uğurla çıxış edən Adil Əhmədzadə qrup mərhələsində Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri təmsilçilərinə qalib gələrək 1/16 finala yüksəlib. Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov da etimadı doğruldub. H.Eylazov Belçika və Qazaxıstan, R.Hacılı Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan idmançıları ilə mübarizədən qrup lideri kimi 1/16 finala vəsiqə qazanıb.

Onur Quluzadə isə 11 yaşadək tennisçilərin turnirində uğurla çıxış edib. O, qrup mərhələsində Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri idmançılarına qalib gələrək dörddəbir finala adlayıb.

Xəbər 247 dəfə oxundu.