“Borussiya”dan ayrılan futbolçunun yeni klubu bəlli olub
Dortmund “Borussiya”sının sabiq futbolçusu Dan-Aksel Zaqadu azad agent kimi “Ştutqart”a keçib.

Bu barədə klubun saytı məlumat yayıb. Fransız müdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Zaqadu 2017-ci ildən "Borussiya"da çıxış edirdi. O, Dortmund təmsilçisi ilə Almaniya Bundesliqasında 67, Çempionlar Liqasında 15 matç keçirmişdi. Zaqadunun sabiq klubu ilə müqaviləsi bu yay başa çatıb.

Xəbər 238 dəfə oxundu.