“145 qrup” komandası “Baku Cup-2022” mini su polosu turnirinin qalibi olub
Su İdman Sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə “Baku Cup-2022” mini su polosu üzrə turnir keçirilib.

Yarışda 6 komanda mübarizə aparıb.

Turnirin açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Turnir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Dairəvi sistem üzrə keçirilən yarışda “145 qrup” komandası birinci olub. “Qarabağ Akvatik” yarışı ikinci, “Partnyor qrup” komandası isə üçüncü pillədə başa vurublar.

Turnirin sonunda idmançılar kubok, medal və diplomlarla təltif olunublar.

Xəbər 197 dəfə oxundu.