Premyer Liqanın yeddinci turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün əlamətdar olub | |
Azərbaycan Premyer Liqasının yeddinci turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün ilklə əlamətdar olub. Yarımmüdafiəçi ölkə çempionatlarında özünün ilk qolunu vurub. O, “Turan Tovuz”la qarşılaşmada (3:1) penaltini qola çevirib. E.Camalov Premyer Liqadakı ilk qolunu özünün 187-ci oyununda vurub. O, ölkə çempionatlarının 30 illik tarixində qol hesabını ən gec açan futbolçu olub. İndiyədək heç bir oyunçu ilk topunu bu qədər gözləməyib. Qeyd edək ki, debütü 2013/2014-cü il mövsümündə “Qəbələ”də gerçəkləşən E.Camalov bu klubda 111, “Zirə”də 43, “Sabah”da 33 dəfə meydana çıxıb. |
|
Xəbər 345 dəfə oxundu. |
|
|