“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan çempionatında 100-cü matçını keçirib
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan çempionatında 100-cü matçını keçirib. İyirmi beş yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının yeddinci turuna təsadüf edib.

Futbolçu “Zirə” ilə səfər oyununa start heyətdə çıxıb. B.Mustafazadə 100 qarşılaşmada 4 qol vurub.

Müdafiəçi 4 klubun heyətində forma geyinib. 2016/2017-ci il mövsümündə “Sumqayıt”da debüt edən B.Mustafazadə bu klubda 20 (2 qol), “Qəbələ”də 23 (1 qol), “Sabah”da 35 (1 qol), “Qarabağ”da 22 dəfə meydana çıxıb.

Qeyd edək ki, “Zirə” - “Qarabağ” matçında qonaqlar 7:1 hesablı qələbə qazanıb.

Xəbər 200 dəfə oxundu.