Azərbaycan Premyer Liqsı: "Kəpəz" cari mövsümdə ilk qələbəsini qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Kəpəz" Qəbələdə "Şamaxı"nı qəbul edib.

Qəbələ şəhər stadionunda oynanılan görüş Gəncə təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Hesabı 5-ci dəqiqədə nominal qonaqlardan Nihad Quliyev açıb. 47-ci dəqiqədə Ahmed Ayzaya "Kəpəz"in bərabərlik qolunu vurub. 60-cı dəqiqədə isə Abdullahi Şuaybu matçda son nöqtəni qoyub.

Mövsümdə ilk qələbəsini qazanan "Kəpəz" 3 xalla 9-cu pilləyə yüksəlib. 2 xalı olan "Şamaxı" isə sonuncu - 10-cu sıraya geriləyib.

Günün və turun sonuncu görüşündə "Qarabağ" "Zirə"ni 7:1 hesabıyla darmadağın edib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Qəbələ" "Sumqayıt"ı 1:0, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Xəbər 197 dəfə oxundu.