Azərbaycan samboçuları Avropa çempionatını 4 medalla başa vurublar
Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilən kişilər arasında idman və döyüş sambosu üzrə Avropa çempionatını 4 medalla başa vurublar.

Cempionatda idman sambosu yarışlarında Ceyhun Hüseynov (88 kiloqram) gümüş, Mirfəttah Seyidəliyev (64 kiloqram) və Emil Həsənov (71 kiloqram) bürünc medala sahib olublar.

Döyüş sambosu yarışlarında isə Ramil Vəliyev (79 kiloqram) gümüş medal qazanıb.

Xəbər 216 dəfə oxundu.