Stolüstü tennisçilərimiz Tbilisiyə yollanıblar
Sentyabrın 19-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turnirinə start veriləcək.

Yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq.

Oğlanların sentyabrın 19-dan 21-dək keçiriləcək yarışında böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək.

Seçməmiz artıq Tbilisidədir.

Komandamız bu gün ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılovanın rəhbərliyi ilə qonşu ölkəyə yola düşüb.

Qızlardan ibarət komanda isə sentyabrın 22-də Gürcüstana yollanacaq.

Xəbər 219 dəfə oxundu.