Azərbaycan millisi Bakıda keçirilən arena polo üzrə Avropa çempionatında üçüncü yer uğrunda oyuna çıxıb
Sentyabrın 18-də Bakıda keçirilən arena polo üzrə Avropa çempionatında üçüncü yer uğrunda oyun başlayıb.

Binə Atçılıq Mərkəzində keçirilən qarşılaşmada Azərbaycan və İsveçrə yığmaları fəxri kürsünün üçüncü yeri üçün mübarizə aparırlar.

Azərbaycan Respublikası Atçılıq Federasiyası, Avropa Polo Federasiyası və Beynəlxalq Polo Federasiyasının təşkilatçılığı ilə baş tutan çempionatda Azərbaycan, İspaniya, İsveçrə və Avstriya polo komandaları iştirak edirlər.

Bu gün, həmçinin final qarşılaşması təşkil olunacaq. Həlledici matçda isə İspaniya və Avstriya komandaları Avropa çempionu titulu uğrunda yarışacaqlar.

Yarışdan sonra qaliblərin mükafatlandırılması mərasimi olacaq.

Qeyd edək ki, sentyabrın 14-də start verilən qitə çempionatında Azərbaycan millisi Avstriya poloçularını məğlub edib. Sentyabrın 16-da İspaniya ilə görüşdə rəqib komandamızdan üstün olub. Dünən gərgin idman mübarizəsi şəraitində keçmiş yarımfinal matçında isə yığmamız İsveçrəyə qalib gəlib.

Azərbaycan komandasının heyəti Elçin Camallı, Andres Fernandez Lorente, Fabian Bolanterio, Aqustin Kronhaus, Əli Rzayev və Tərlan Qurbanəliyevdən ibarətdir.

Xatırladaq ki, 2015-ci ildə Bakının ilk dəfə ev sahibliyi etdiyi qitə çempionatı Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb.

Xəbər 208 dəfə oxundu.