Samboçumuz Mirfəttah Seyidəliyev Avropa çempionatında üçüncü olub
Serbiyanın Novi-Sad şəhərində kişilər arasında idman və döyüş sambosu üzrə Avropa çempionatı start götürüb.

Yarışın birinci günündə millimizin üzvü Mirfəttah Seyidəliyev (64 kq) idman sambosu yarışlarında bürünc medal qazanıb.

Sentyabrın 18-də Mehman Xəlilov (58 kq), Emil Həsənov (71 kq), Ramil Vəliyev (79 kq), Ceyhun Hüseynov (88 kq), Nəbi Məmmədov (98 kq) və Toğrul Salmanov (+98 kq) güclərini sınayacaqlar.

Xəbər 201 dəfə oxundu.