Kişi basketbolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib
Kişi basketbolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib.

ilk yarımfinal oyununda Fransa yığması Polşa millisini 95:54 hesabı ilə məğlub edib. Digər oyunda isə İspaniya seçməsi Almaniya millisinə 96:91 hesabı ilə qalib gəlib.

Sentyabrın 18-də Berlində keçiriləcək final oyununda Fransa - İspaniya, üçüncü yer uğrunda görüşdə isə Polşa – Almaniya qarşılaşmaları keçiriləcək.

Qeyd edək ki, çempionata Almaniya, Gürcüstan, Çexiya və İtaliya birlikdə ev sahibliyi edir.

Xəbər 238 dəfə oxundu.