Sərbəst güləşçimiz Hacı Əliyev dünya çempionatının yarımfinalına yüksəlib
Sərbəst güləşçimiz Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Yarışda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionumuz argentinalı Aqustin Destribats və Özbəkistan idmançısı Abbos Rahmonova qalib gəlib.

Güləşçimiz İslam Bazarqanov (61 kq) səkkizdəbir finalda Reza Ahmadali Atreqanarçiyə (İran) uduzub.

Millimizin üzvü Maqomedxan Maqomedov (97 kq) Erik Tilyeni (Almaniya) məğlub edərək dörddəbir finala vəsiqə qazanıb.

Bu gün, həmçinin güləşçimiz Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda qarşılaşmada Yuşanq Bi (Çin) - Radoslav Martsinkeviç (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Xəbər 191 dəfə oxundu.