Azərbaycan samboçuları Avropa çempionatında mübarizəyə başlayırlar
Bu gün kişilər arasında idman və döyüş sambosu üzrə Avropa çempionatı start götürüb.

Serbiyanın Novi-Sad şəhərində təşkil edilən yarışın birinci günündə millimizin üzvləri Mirfəttah Seyidəliyev (64 kq) və Eyvaz Nəsibli (98 kq) mübarizəyə başlayırlar.

Sentyabrın 18-də Mehman Xəlilov (58 kq), Emil Həsənov (71 kq), Ramil Vəliyev (79 kq), Ceyhun Hüseynov (88 kq), Nəbi Məmmədov (98 kq) və Toğrul Salmanov (+98 kq) güclərini sınayacaqlar.

Xəbər 187 dəfə oxundu.