Türk güləşçi üçüncü dəfə dünya çempionu olub
Türk idmançı Taha Akgül Belqradda keçirilən güləş üzrə dünya çempionatının qalibi olub.

125 kiloqram çəki dərəcəsində mübarizə aparan Taha Akgül finalda monqolustanlı Lkhagvagerel Munkhturu 6-2 hesabı ilə məğlub edərək karyerasında üçüncü dəfə dünya çempionu adını qazanıb.

Taha Akgül bundan əvvəl 2014-cü və 2015-ci illərdə dünya çempionu olub.

Olimpiya çempionu da olan güləşçi, həmçinin bu il Macarıstanın paytaxtı Budapeştdə keçirilən 9-cu Avropa çempionatının qalibidir.

Xəbər 316 dəfə oxundu.