Triatlonçularımız İtaliyada “İronman” turnirində güclərini sınayacaqlar
Azərbaycan triatlonçuları sentyabrın 17-də İtaliyada keçiriləcək nüfuzlu “İronman” turnirində iştirak edəcəklər.

Emilia-Romanyada keçiriləcək yarışda 14 təmsilçimiz çıxış edəcək.

Onların arasında “Triterra” klubunun triatlonçuları F Əkbərov, Fərid Fərhadzadə, İzzət Nəfiyev, Kamil Əliyev, Teymur Fərəcov, Adılya Sülymanova, Rəbiyyə Orucova, Marina Belan və Bəhruz Nağıyev yer alıb.

Turnirdə klubun məşqçisi Aleksandr Mordasov da mübarizə aparacaq.

Bu idmançılarımızdan başqa İtaliyada Səbuhi Səfərov, Aleksandr Parxomovski, Altun Novruzov və Ülvi Aslanzadə də yarışacaqlar.

Xəbər 204 dəfə oxundu.