Makedoniyada keçiriləcək voleybol üzrə məşqçi-müəllimlərin beynəlxalq seminarında ölkəmiz təmsil olunacaq
Sentyabr 16-dan 18-dək Makedoniyanın paytaxtı Skopyedə Avropa Voleybol Konfederasiyası (CEV) Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə məşqçi-müəllimlərin beynəlxalq seminarı keçiriləcək.

Müxtəlif ölkələrin məşqçi-müəllimlərinin iştirak edəcəyi təlimlərə ölkəmizdən də dörd məşqçi - Yana Kuznetsova, Vadim Kutukov, Vladimir Larkin və Vüsal Qurbanov öz biliklərini daha da genişləndirmək üçün qatılacaqlar.

İki gün davam edəcək seminarda orta məktəb müəllimləri, aşağı yaş qruplarında məşq keçən məşqçilər həm nəzəri, həm də praktiki biliklərini daha da artıracaqlar.

Xəbər 221 dəfə oxundu.