UEFA Avropa Liqası: “Qarabağ” – “Nant” – 3:0 | |
UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” - “Nant” oyununda üçüncü qol vurulub. Ağdam təmsilçisi hesab arasındakı fərqi üç topa çatdırıb - 3:0. Azərbaycan çempionunun heyətində matçın 72-ci dəqiqədə Marko Yankoviç fərqlənib. “Qarabağ”ın digər qollarını isə Kvabena Ovusu və Abdullah Zubir vurublar. G qrupunun digər matçında Yunanıstanın “Olimpiakos” klubu “Frayburq”u (Almaniya) qəbul edir. Hazırda Almaniya klubu 3:0 hesabı ilə öndədir. Qeyd edək ki, “Nant” ilk turda “Olimpiakos”u məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub. |
|
Xəbər 209 dəfə oxundu. |
|
|