UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 2 oyunu keçirilib
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 2 oyunu keçirilib.

E qrupunda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İtaliyada “Milan”ın qonağı olub. Görüş Zaqreb təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Digər oyun F qrupunda Ukraynanın “Şaxtyor” (Donetsk) və Şotlandiyanın “Seltik” komandaları arasında olub. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Xəbər 223 dəfə oxundu.