“Everton” klubu heyətinə yeni qapıçı cəlb edib
İngiltərənin “Everton” futbol klubu heyətinə yeni qapıçı cəlb edib.

38 yaşlı isveçrəli Eldin Yakupoviçlə birillik müqavilə imzalanıb.

Əsas qapıçılar Cordan Pikford və Endi Lonerqan zədələndiyindən 4 ildir “Lester”də ehtiyatda oturan E.Yakupoviç transfer edilib.

Qeyd edək ki, təcrübəli qolkiper 2017-ci ildən “Lester”in formasını geyinir.

Xəbər 219 dəfə oxundu.