Qadın güləşçimiz Jalə Əliyeva dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Təmsilçimiz səkkizdəbir finalda braziliyalı Culiya Oliveyranı, daha sonra isə Ester Kolavoleni (Nigeriya) məğlub edib. Yarımfinalda güləşçimiz yaponiyalı Tsuqumi Sakurai ilə üz-üzə gələcək.

Bu gün, həmçinin güləşçimiz Elis Manolova (65 kq) bürünc medal uğrunda fransalı Kumba Larrokla (Fransa) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Xəbər 223 dəfə oxundu.