“Arsenal” - PSV oyununun keçiriləcəyi vaxt açıqlanıb
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda təxirə salınan “Arsenal” (İngiltərə) - PSV (Niderland) oyununun keçiriləcəyi vaxt açıqlanıb.

Görüş oktyabrın 20-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həmçinin bu səbəbdən Premyer Liqadakı "Arsenal" - "Mançester Siti" qarşılaşması təxirə salınıb.

Xatırladaq ki, "Arsenal" - PSV oyunu sentyabrın 15-də keçirilməli idi. Lakin matç Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə təxirə salınıb.

Xəbər 220 dəfə oxundu.