Millimizlə yoldaşlıq oyunları keçirəcək Qazaxıstan yığmasının heyəti açıqlanıb
Sentyabrın 19-da və 20-də Aktau şəhərində millimizlə yoldaşlıq oyununda üz-üzə gələcək futzal üzrə Qazaxıstan yığmasının heyəti açıqlanıb.

Baş məşqçi Kaka 16 futzalçıya dəvət göndərib.

Heyətdə qapıçılar - İgita (“Kayrat”), Akjol Kayratuli (“Kaspi”), oyunçular - Duqlas, Dayren Nurqojin, Şınğıs Esenamanov, Birjan Orazov, Dayren Tursaqulov, Albert Akbalıkov, Ediosn (hamısı “Kayrat”), Taynan (“El Poso”, İspaniya), Arnold Knaub, Rayımbek Juma, Jahanger Raşit (hamısı “Kaspi”), Azat Valiullin, Əbdirasul Abdimanapulı (hər ikisi “Ayat”) və Yevgeni Koşkin (“Astana”) yer alıblar.

Xəbər 197 dəfə oxundu.