Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırıb | |
Almaniya Bundesliqa təmsilçisi “Bohum” futbol klubu baş məşqçisi Tomas Raysla yollarını ayırıb. Bu barədə klubun saytı məlumat yayıb. Komandaya müvəqqəti olaraq daha əvvəl U-19 komandası ilə çalışmış Heyko Butçer başçılıq edəcək. Qeyd edək ki, “Bohum” Bundesliqada bu mövsüm keçirdiyi 6 turun hamısında uduzub və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. |
|
Xəbər 222 dəfə oxundu. |
|
|