Azərbaycanın U-21 komandası Qırğızıstan və Moldova yığmaları ilə yoldaşlıq oyunları keçirəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki matç keçirəcək.

Millimiz sentyabrın 24-də Qırğızıstan, 27-də isə Moldova yığması ilə qarşılaşacaq.

Hər iki qarşılaşma saat 19:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 200 dəfə oxundu.