Həvəskar badmintonçumuz Norveçdə keçirilən açıq turnirdəki qarışıq qoşa kateqoriyasında bürünc medal qazanıb
Həvəskar badmintonçumuz Elşən Həsənov Norveçin paytaxtı Osloda keçirilmiş açıq turnirdə qarışıq qoşa kateqoriyasında bürünc medal qazanıb.

Həvəskar badmintonçular arasında keçirilən açıq turnirdə Norveçlə yanaşı Çin, Danimarka, İngiltərə, Hindistan, Pakistan və digər ölkələrdən ümumilikdə 200-dən çox iştirakçı qüvvəsini sınayıb.

Kişi badmintonçuların şəxsi və qoşa yarışlarında da ölkəmizi təmsil edən Elşən Həsənov qarışıq qoşa kateqoriyasında turnirin bürünc medalına sahib çıxıb.

Xəbər 341 dəfə oxundu.