Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Vətənə qayıdıb
Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Vətənə qayıdıb.

“Avro-2023”ə vəsiqə əldə etmiş yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Voleybol Federasiyasının rəsmiləri, idmançıların yaxınları, media nümayəndələri qarşılayıblar.

“Avro-2023”ün təsnifat mərhələsinin D qrupunda mübarizə aparmış Eldar Yusubovun yetirmələri sentyabrın 10-da - son turda Avstriya komandası ilə üz-üzə gəlib. Səfər oyununda rəqibini 3:1 hesabı ilə məğlub edən voleybolçularımız Avropa çempionatının final mərhələsinə yüksəliblər.

Çempionatın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək. Millimizin yer aldığı D qrupunda birinci yeri Sloveniya millisi tutub. Azərbaycan qrup ikincisi kimi mərhələ adlayıb.

Xəbər 218 dəfə oxundu.