Gənclər arasında ağır atletika üzr Azərbaycan birinciliyində 100-ə yaxın idmançı iştirak edəcək
Sentyabrın 15-16-da Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında Azərbaycan birinciliyi keçiriləcək.

Yarışda ölkəmizin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında keçiriləcək Avropa birinciliyinə hazırlıqlı idmançıların müəyyən olunmasıdır.

Xəbər 346 dəfə oxundu.